İranın Məşhəd şəhərində yerləşən və İranın keçmiş Ali Rəhbəri Əli Xameneinin dəfn olunduğu İmam Rza dini-memorial kompleksinin ərazisində yanğın baş verib. 

"AzPolitika" xəbər verir ki, bu barədə İranın "Tasnim" informasiya agentliyi məlumat yayıb.

Qeyd olunur ki, yanğının ocağı kompleksin tikilməkdə olan obyektlərindən birinin meydançasında olub və burada fəhlələr bitumun texnoloji emalını həyata keçirirmişlər. Hadisə güclü tüstülənmə ilə müşayiət olunub və tüstü zəvvarlıq mərkəzinin bir hissəsini bürüyüb.

Mənbənin bildirdiyinə görə, fövqəladə hallar xidmətləri təhlükəyə dərhal reaksiya verib və yanğının ətraf ərazilərə yayılmasının qarşısını alıblar. Hazırda yanğın tamamilə söndürülüb. Yanğınsöndürənlər hadisənin dəqiq səbəblərini müəyyənləşdirirlər.

"AzPolitika.info"