İsrail ordusunun keçmiş zabiti Oren Solomon bildirib ki, İsrail ilə İran arasında qarşıdurma həlledici mərhələyə yaxınlaşır və Təl-Əviv yaranmış vəziyyətdən istifadə edərək İrana qarşı daha geniş hərbi əməliyyatlara qoşulmalıdır.

Oren Solomon ABŞ-nin İrana endirdiyi zərbələrin simvolik xarakter daşımadığını, əksinə, Tehranın hərbi imkanlarını zəiflətməyə yönəldiyini iddia edib.

Keçmiş israilli rəsmi ABŞ-nin İrana münasibətdə yanaşmasının dəyişdiyini də vurğulayaraq bildirib ki, Vaşinqton artıq İran rəhbərliyinin razılığa gəlmək niyyətində olmadığı qənaətinə gəlib.

Solomonun sözlərinə görə, İsrail bu vəziyyətdən istifadə etməli və daha geniş hərbi əməliyyatlarda iştirak etməyə hazır olmalıdır. 

"AzPolitika.info"