Ukraynanın hakim "Xalqın Xidmətçisi" fraksiyasının nüfuzlu deputatlarından biri olan Nikita Poturayev mandatından vaxtından əvvəl imtina edib. 

“AzPolitika” xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb.

Məlumatda deyilir ki, o bu qərarını bu gün Ukrayna hökumət başçısının təyinatı məsələsinə baxılan Ukrayna Ali Radasının iclasında elan edib.

Poturayev Ali Radanın iclasında çıxışı zamanı istefasının səbəbini izah etməyib, sadəcə bunun "məni bu qərarı verməyə məcbur edən digər qərarlar" kimi təcili olaraq nəzərdən keçirilməsini xahiş etdiyini bildirib. Bununla da istefasının Volodimir Zelenskinin son kadr dəyişikliklərilə bağlı olduğuna eyham vurub.

Maksim Poturayev Ali Radaya "Xalqın Xidmətçisi" partiyasının siyahısı ilə seçilib və eyniadlı fraksiyanın üzvüdür. O, Ali Radanın Humanitar və İnformasiya Siyasəti Komitəsinin sədridir.

Məlum olduğu kimi, Ukraynada hökumət istefaya göndərilib. Bəzi millət vəkilləri Mixail Fyodorovun müdafiə naziri vəzifəsindən azad edilməsinə qarşı çıxırlar. Lakin bu vəzifəyə namizəd, Xarici İşlər Naziri kimi, yalnız Ukrayna Prezidenti tərəfindən irəli sürülür.

Mənbələrə görə, Zelenski bu kadr qərarının əsas səbəbi kimi Müdafiə Nazirliyi rəhbərliyi ilə Baş Qərargah arasındakı münaqişə olduğunu göstərib.

Parlament üzvlərinin sözlərinə görə, Zelenski, Fyodorov və hərbi komandanlığın müdafiə sektorunun inkişafı ilə bağlı fərqli baxışlara malik olduğunu və bunun ümüumi işə ciddi ziyan vurduğunu deyib.

“AzPolitika.info”