Menu

ABŞ-də Trampın portreti olan xatirə sikkəsi buraxılacaq - FOTO

16.07.2026, 15:20
ABŞ-də Trampın portreti olan xatirə sikkəsi buraxılacaq - FOTO

ABŞ Prezidenti Donald Trampın portreti ölkənin müstəqilliyinin 250 illiyi münasibətilə buraxılacaq xüsusi xatirə xarakterli 1 dollarlıq qızıl sikkənin üzərində əks olunacaq. 

Bu barədə ABŞ-ın maliyyə naziri Skott Bessent məlumat verib.

Nazirin sözlərinə görə, yeni sikkə ABŞ-ın azadlıq irsini, vətənpərvərlik dəyərlərini və ölkənin 250 illik tarixini simvolizə edəcək. Təqdim olunan dizayna əsasən, sikkənin ön tərəfində Trampın portreti, "In God We Trust", "Liberty" və "1776–2026" yazıları yer alıb. Arxa tərəfində isə ABŞ-ın milli rəmzlərindən olan qanadlarını açmış keçəl qartal təsvir edilib.

Bununla yanaşı, sikkənin neçə nüsxədə hazırlanacağı, hansı metaldan istehsal ediləcəyi və dövriyyəyə nə vaxt buraxılacağı hələ açıqlanmayıb.

"AzPolitika.info"


Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol