Menu

11 yaşlı Yaqubun meyiti tapıldı

16.07.2026, 15:53
11 yaşlı Yaqubun meyiti tapıldı

Kəlbəcər rayonu Çəpli kəndində axtarışları davam edən 2015-ci il təvəllüdlü Abutalıbov Yaqub Zabil oğlunun meyiti tapılıb.

"AzPolitika" xəbər verir ki, Y. Abutalıbovun cansız bədəni Fövqaladə Hallar Nazirliyinin (FHN) dalğıc-xilasediciləri tərəfindən batdığı yerdən təxminən 600 metr kənarda tapılıb. İlkin ehtimala görə, hadisənin ehtiyatsızlıqdan baş verdiyi ehtimal olunur.

Faktla bağlı Kəlbəcər rayon Prokurorluğunda araşdırma başlanılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol