İran ABŞ-nin ölkənin elektrik enerjisi infrastrukturuna zərbə endirəcəyi təqdirdə Yəməndəki husilərə Qırmızı dənizi Ədən körfəzi ilə birləşdirən strateji Bab əl-Məndəb boğazını bağlamağa hazır olmaları barədə göstəriş verib.
"AzPolitika" Reuters-ə istinadən xəbər verir ki, bu barədə agentliyə üç mənbə, o cümlədən iki yüksək rütbəli İran rəsmisi məlumat verib.
Mənbələrin sözlərinə görə, husilər artıq boğaz ətrafında pilotsuz uçuş aparatları və raketlər yerləşdiriblər və İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) Yəməndəki nümayəndələri ilə koordinasiyalı şəkildə əmr gözləyirlər.
Bab əl-Məndəb boğazının bağlanması dünya enerji bazarı üçün ciddi nəticələr yarada bilər. Reuters qeyd edir ki, İranın Hörmüz boğazındakı təzyiqlərindən sonra Bab əl-Məndəbin də bağlanması Yaxın Şərqdən neft daşımalarına böyük zərbə vura və neft qiymətlərini daha da yüksəldə bilər.
"AzPolitika.info"

Şərhlər