Ukrayna Prezidenti Volodimir Zelenski müdafiə naziri Mixail Fyodorovun vəzifəsindən uzaqlaşdırılması qərarını şərh edib.

"AzPolitika"nın UNIAN-a istinadən məlumatına görə, ölkə başçısı bu addımın ordu rəhbərliyi ilə Müdafiə Nazirliyi arasında yaranmış fikir ayrılıqları ilə bağlı olduğunu bildirib:

"Üstünlüklərimizi, həmçinin ordu rəhbərliyi ilə Müdafiə Nazirliyi arasında müxtəlif səviyyələrdə yaranan çətin dialoqu nəzərə alaraq bu qərarı verdik. Burda söhbət təkcə şəxsiyyətlərdən getmir. Mixailin komandamızda qalacağına əminəm, onun gələcək fəaliyyətini bir qədər sonra müzakirə edəcəyik", – deyə Zelenski vurğulayıb.

Prezident müharibə şəraitində Ukraynada seçkilərin keçirilməsinin təhlükəsizlik baxımından qeyri-mümkün olduğunu da xatırladıb: "Dövlətimizin birliyini qorumaq bizim üçün son dərəcə vacibdir. Uzun müddətdir birlikdə çalışırıq və bəzən münaqişələr qaçılmaz olur. Qanunvericilik hökumətdə kadr islahatları aparmağa imkan verir".

Qeyd edək ki, Mixail Fyodorovun yerinə daxili işlər naziri İqor Klimenkonun namizədliyi nəzərdən keçirilsə də, onun bu təklifdən imtina etdiyi bildirilir.

"AzPolitika.info"