Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı Aleksandr Sırski keçmiş müdafiə naziri Mixail Fyodorovun ittihamlarına cavab verib. Fyodorov hərbi rəhbərliyi islahatları əngəlləməkdə günahlandıraraq, Baş Komandan və Baş Qərargah rəisinin dəyişdirilməsini tələb etmişdi.

“AzPolitika” xəbər verir ki, Aleksandr Sırski sosial mediadakı açıqlamasında bu ittihamlara birbaşa münasibət bildirməsə də, özünün 2022-ci ildə paytaxtın müdafiəsində iştirakını xatırladıb. O, faktiki olaraq həmin Kiyev Müdafiə Əməliyyatının bu gün paytaxtda dövlət tədbirlərinin keçirilməsini mümkün etdiyini bildirib.

"Fəxr edirəm ki, 2022-ci il Kiyev Müdafiə Əməliyyatı sayəsində paytaxtımızı müdafiə edə bildik. İndi isə bu şəhərdə brifinqlər keçirilə, vizyonlar formalaşdırıla və qərarlar qəbul edilə bilir", - deyə Sırski bildirib.

Bundan əlavə, Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı "bütün diqqəti müharibəyə və hazırda konkret nəticələr göstərən effektiv strategiyaya yönəltməyə " çağırıb.

“AzPolitika.info”