Menu

ABŞ İrana yenə raket atmağa başlayıb

16.07.2026, 23:01
ABŞ İrana yenə raket atmağa başlayıb

ABŞ Silahlı Qüvvələri İrana qarşı ikinci zərbələr dalğasına başlayıb.

Bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) "X" sosial şəbəkəsində bildirib.

"Bu gün Şərq vaxtı ilə saat 14:00-da (Bakı vaxtı ilə saat 22:00 - red.) ABŞ Silahlı Qüvvələri ardıcıl beşinci gecə İrana yeni zərbələr dalğasına başlayıb", - paylaşımda bildirilir.

Məqsəd İranın hərbi potensialını daha da zəiflətməkdir.

Daha əvvəl Ağ Evin mətbuat katibi Kerolayn Livitt brifinqdə bildirib ki, İran ABŞ ilə danışıqları davam etdirir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol