Nikaraqua hakimiyyəti İtaliya ilə diplomatik münasibətlərin kəsildiyini elan edib.
"Report"un EFE-yə istinadən məlumatına görə, bu barədə Nikaraqua hökumətinin press-relizində bildirilib.
"Bu qərar, İtaliyanın xarici işlər naziri Antonio Tayaninin Nikaraqua xalqını və hakimiyyətini təhqir edən, xalqlar və hökumətlər arasındakı münasibətlərə hörmətin bütün normalarını görməzdən gələn əsassız, aqressiv və məsuliyyətsiz açıqlamalarına cavab olaraq qəbul edilib", - bəyanatda deyilir.
Gərginlik Tayani uzun illərdir Nikaraquada gizlənən İtaliyanın keçmiş baş naziri Aldo Moronun qatillərindən biri Alessio Kasimirrinin ekstradisiyası üçün yenidən müraciət etdikdən sonra baş verib.
Bir gün əvvəl Tayani Madriddə 1978-ci ildə "Qırmızı briqada" üzvləri tərəfindən öldürülən Moronun xatirəsini yad edib və Nikaraqua hakimiyyətinin Kasimirrinin sığınacaq, mühafizəsinin təmin olunmasını davam etdirməsini pisləyib. Nazir bildirib ki, Nikaraqua hökuməti İtaliya tərəfindən təqdim olunan ekstradisiya tələblərini yerinə yetirməkdən imtina edir.

Şərhlər