Menu

DÇ-2026-nın final oyununu idarə edəcək hakim açıqlandı

17.07.2026, 09:35
DÇ-2026-nın final oyununu idarə edəcək hakim açıqlandı

Futbol üzrə dünya çempionatının final oyununu idarə edəcək hakim bəlli olub.

"AzPolitika" xəbər verir ki, final matçı sloveniyalı FIFA referisi Slavko Vinçiçə tapşırılıb.

DÇ-2026-da Fransa və İngiltərə komandaları arasında keçiriləcək üçüncü yer uğrunda görüşü isə venesuelalı Xesus Valensuela idarə edəcək.

Xatırladaq ki, Fransa - İngiltərə oyunu iyulun 18-dən 19-na keçən gecə, Bakı vaxtı ilə saat 01:00-da, İspaniya - Argentina matçı isə iyulun 19-da, saat 23:00-da start götürəcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol