İran İslam İnqilabı Keşikçiləri Korpusunun (KSİR) mətbuat xidməti ABŞ ordusunun Küveytdəki hərbi bazasına zərbələr endirdiyini bəyan edib.
KSİR-in yaydığı rəsmi məlumatda bildirilir ki, Korpusun Aerokosmik Qüvvələri tərəfindən həyata keçirilən əməliyyat nəticəsində ABŞ-ın Küveytdəki hərbi bazasında yerləşən raketdən müdafiə sisteminin aşkaretmə və identifikasiya radiolokasiya stansiyası, bir neçə mühüm silah anbarı, həmçinin iki ədəd "HIMARS" yer-yer tipli raket qurğusu və onlara aid ehtiyat raketlər sıradan çıxarılıb. KSİR iddia edir ki, zərbələr nəticəsində hərbi obyektdə güclü yanğın başlayıb.Məlumatda həmçinin qeyd olunur ki, regionda yaşanan gərginlik fonunda neft və qaz hasilatı kəskin şəkildə azalıb, Hörmüz boğazı vasitəsilə ixrac isə tamamilə dayandırılıb. İran tərəfi cavab əməliyyatlarının davam etdiyini Hazırda beynəlxalq agentliklər, eləcə də ABŞ və Küveyt rəsmiləri sözügedən hücum və Hörmüz boğazının bağlanması ilə bağlı iddiaları rəsmən təsdiqləməyib. Qlobal enerji bazarlarında kəskin qiymət dalğalanmalarının müşahidə olunmaması da boğazın tamamilə qapadılması xəbərinin hələlik hərbi-psixoloji təbliğat xarakteri daşıya biləcəyinə işarə edir. Hadisələrin inkişafı diqqətdə saxlanılır."AzPolitika.info"İran ABŞ-nin Küveytdəki bazasını vurub - Güclü yanğın başlayıb

Şərhlər