“Süni intellektin minatəmizləmədə istifadəsi ilə bağlı araşdırmalar aparılır. Bu yeniliklər hazırda tədqiqat mərhələsindədir. Minatəmizləmə bir neçə mərhələdən ibarətdir. Təmizləmə işlərində həm dünyada, həm də Azərbaycanda ənənəvi üsullardan istifadə edirik”.
"AzPolitika" xəbər verir ki, bunu Minatəmizləmə Agentliyinin (ANAMA) sədri Vüqar Süleymanov brifinqdə deyib.
“Çox ümid edirik ki, yeni texnologiyalar minatəmizləmə sahəsinə də təsir göstərəcək. Hələlik isə dünyada bu sahədə texnoloji baxımdan ciddi sıçrayış yoxdur”, - o qeyd edib.

Şərhlər