Menu

Nəriman Həsənzadəyə böyrək çatışmazlığı diaqnozu qoyuldu

17.07.2026, 12:08
Nəriman Həsənzadəyə böyrək çatışmazlığı diaqnozu qoyuldu

Xalq şairi Nəriman Həsənzadənin vəziyyəti ağır-stabil olaraq qalır.

"AzPolitika" Axar.az-a istinadla xəbər verir ki, bunu açıqlamasında şairin köməkçisi Arif Mehmandost deyib.

“Reanimasiya şöbəsindədir, vəziyyəti ağırdır. Huşu yerindədir, danışır, lakin tam özünə gələ bilməyib. Böyrək çatışmazlığı diaqnozu qoyulub”, - o bildirib.

Qeyd edək ki, 95 yaşlı xalq şairi iyun ayının sonlarında xəstəxanaya yerləşdirilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol