Rusiyanın Mahaçqala şəhərində baş verən hadisə sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
"AzPolitika" xəbər verir ki, marşrut avtobusunun sürücüsü sərnişinlərin kondisionerin işə salınmasını xahiş etməsindən sonra əsəbiləşərək nəqliyyat vasitəsini saxlayıb və avtobusu tərk edib.
Sürücünün gözlənilməz addımı sərnişinlərin təəccübünə səbəb olub. Hadisə şahidlərindən biri tərəfindən lentə alınaraq sosial şəbəkələrdə paylaşılıb. Görüntülər qısa zamanda yayılaraq müxtəlif reaksiyalar doğurub.
Qeyd edək ki, buna bənzər hadisə bir neçə gün əvvəl Bakıda da yaşanmışdı. Həmin vaxt avtobus sürücüsü "stop" düyməsini basan sərnişinə əsəbiləşərək nəqliyyat vasitəsini saxlamış, daha sonra avtobusdan enərək yol kənarında oturmuşdu.
Mahaçqalada baş verən son olay da sosial media istifadəçiləri arasında geniş müzakirə mövzusuna çevrilib.

Şərhlər