Ukrayna qüvvələrinin süni intellektlə təchiz olunmuş hücum dronlarından kütləvi istifadə etməsi səbəbindən Ukraynadakı döyüş meydanında yeni rus əsgərinin orta ömrü 20-30 dəqiqədir.
“AzPolitika” xəbər verir ki, bunu ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Retkliff Pensilvaniyada keçirilən Müdafiə və İnnovasiya Sammitində bildirib. Onun bu açıqalması Qərb mediasında geniş işıqlandırılıb.
“Bloomberg” Mərkəzi Kəşfiyyat İdarəsinin direktorundan sitat gətirib: "Kəşfiyyatımız Ukraynada gördüyünüz bəzi açıq mənbələrdəki hesabatlarla uyğun gəlir: döyüş meydanına yeni gələn rus əsgərinin orta ömrü 20-30 dəqiqədir. Çünki süni intellektlə təchiz olunmuş dronlar çox ixtisaslaşmış və ucuz öldürücü maşınlara çevrilib".
Agentliyin qeyd etdiyi kimi, Rusiyanın Ukrayna üzərində əhəmiyyətli say üstünlüyünə baxmayaraq, Kiyev əsasən hücum dronlarındakı innovasiyalar sayəsində Moskvanın irəliləməsini dayandıra bilib. ABŞ rəsmiləri iddia edir ki, Rusiya həftədə təxminən 7000 əsgər itirir, Ukrayna Prezidenti Volodimir Zelenski isə "düşmən hədəflərinin" 80%-dən çoxunun dronlar tərəfindən məhv edildiyini bildirib.
“AzPolitika.info”

Şərhlər