Vladimir Putinin fəaliyyətini müsbət qiymətləndirən rusiyalıların sayı daha 5 faiz bəndi azalıb. 

“AzPolitika” xəbər verir ki, Kremlə bağlı İctimai Rəy Fondunun (FOM) yeni hesabatında belə deyilir.

Sorğu mərkəzi 2022-ci ilin payızından bəri Putinin reytinqində belə kəskin azalma qeydə almayıb.

Dövlət tərəfindən idarə olunan VTsIOM (Ümumrusiya İctimai Rəy Araşdırmaları Mərkəzi) da Putinin reytinqlərində davamlı azalma qeydə alır. VTsIOM-a görə, bu göstərici ardıcıl üçüncü həftədir ki, azalır.

Hesabata görə, respondentlərin 66%-i Putinin fəaliyyətini müsbət qiymətləndirir. Ötən həftə bu rəqəm 71% olub. FOM-a görə, Putinin fəaliyyət reytinqləri sonuncu dəfə 2022-ci ilin sentyabr ayının sonu və oktyabrın əvvəlində, səfərbərlik dövründə bir həftə ərzində 5 faiz bəndi azalmışdı.

66% dəstək Ukraynada müharibənin başlamasından bəri ən minimum göstərici və anti-rekord sayılır. Müstəqil ekspertlər isə Putinə real dəstək göstəricisinin xeyli daha aşağı olduğunu bildirirlər.

“AzPolitika.info”