İraqdakı "İslami Müqavimət" qruplaşması ABŞ prezidenti Donald Trampın öldürülməsinə görə 10 milyon dollar mükafat təyin etdiyini açıqlayıb. 

Bu barədə İran dövlət xəbər agentliyi - IRNA məlumat yayıb.

Bildirilib ki, qərar Trampın Ağ Evdə İraqın baş naziri Əli əl-Zeydi ilə görüşündən və eyni zamanda ötən günlərdə SEPAH-ın Qüds qanadının keçmiş komandanı Qasım Süleymaninin öldürülməsi ilə bağlı səsləndirdiyi fikirlərdən sonra qəbul edilib.

Tramp çıxışında "Mən onu öldürdüm. O, çox pis insan idi. Həmin əməliyyatda bir iraqlı – Əbu Mehdi əl-Mühəndis də öldürüldü" ifadələrini işlədib.

Qruplaşma bu bəyanatlardan sonra Trampın öldürülməsinə görə 10 milyon dollar mükafat vəd etdiyini açıqlayıb.

"AzPolitika.info"