Menu

Azərbaycanda ilin birinci yarısında elmi dərəcə alanların sayı açıqlandı - RƏQƏM

17.07.2026, 14:43
Azərbaycanda ilin birinci yarısında elmi dərəcə alanların sayı açıqlandı - RƏQƏM

Azərbaycanda 2026-cı ilin birinci yarısında 229 qadın və 106 kişi elmi dərəcə alıb.

"AzPolitika" xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti yanında Ali Attestasiya Komissiyasından məlumat verilib.

Bildirilib ki, bu müddət ərzində fəlsəfə doktoru elmi dərəcəsi 209 qadın, 86 kişi, elmlər doktoru dərəcəsi isə 20 qadın, 20 kişiyə verilib.

Bundan başqa, humanitar sahələrdə, xüsusilə filologiya, pedaqogikada 8 qadın və 2 kişi olmaqla elmi dərəcə almış qadınların sayı çoxdur. Ancaq texnika elmləri və qismən iqtisad sahələrdə 1 qadın və 4 kişi olmaqla kişilərin payı daha yüksəkdir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol