Menu

Şanxayda tarixi imza: Qazaxıstan süni intellektin qlobal idarəçiliyinə qoşuldu

17.07.2026, 19:51
Şanxayda tarixi imza: Qazaxıstan süni intellektin qlobal idarəçiliyinə qoşuldu

Qazaxıstan Dünya Süni İntellekt Əməkdaşlıq Təşkilatının 29 təsisçi dövlətindən biri olub.

"AzPolitika" "Report"a istinadla xəbər verir ki, bu beynəlxalq təşkilatın yaradılması haqqında saziş Şanxayda imzalanıb.

Qazaxıstan tərəfindən sənədi Baş nazirin müavini - süni intellekt və rəqəmsal inkişaf naziri Jaslan Madiyev imzalayıb.

Çin, Laos, Pakistan, İndoneziya və digər dövlətlər də təşkilatın təsisçiləri olublar. Mərasimdə BMT-nin Baş katibi Antonio Quterreş də iştirak edib.

Dünya Süni İntellekt Əməkdaşlıq Təşkilatı müstəqil hökumətlərarası təşkilat statusu alacaq. Onun mənzil-qərargahı Şanxayda yerləşəcək.

Təşkilatın əsas vəzifələri beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi və süni intellektin qlobal idarəçiliyinə dair ümumi yanaşmaların formalaşdırılması olacaq. Texnologiyaların təhlükəsiz, ədalətli və insanyönümlü inkişafına isə xüsusi diqqət yetiriləcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol