Azərbaycan Rusiya və Ukrayna arasındakı silahlı münaqişə ilə bağlı dərin narahatlığını qoruyub saxlayır.

"AzPolitika" xəbər verir ki, bu barədə Azərbaycan XİN başçısı Ceyhun Bayramov cümə günü Moskvada ikitərəfli danışıqların yekunları üzrə Sergey Lavrovla birgə mətbuat konfransında bildirib.

"Rusiya və Ukrayna arasındakı silahlı münaqişə ilə bağlı dərin narahatlığımızı qoruyub saxlayırıq. O, insan iztirablarına səbəb olur və daha geniş regionda sabitliyə əhəmiyyətli dərəcədə mənfi təsir göstərir", - C.Bayramov deyib.

O əlavə edib ki, Azərbaycan beynəlxalq hüququn prinsip və normalarına sadiqliyini ardıcıl olaraq təsdiqləyir, gərginliyin azaldılmasına və münaqişənin sülh yolu ilə nizamlanmasına çağırır.