Fransanın bir sıra bölgələrində baş verən güclü fırtına ciddi dağıntılara və elektrik enerjisinin kəsilməsinə səbəb olub.

"AzPolitika" xəbər verir ki, təbii fəlakət nəticəsində 53 min ev təsərrüfatı işıqsız qalıb.

Ən çox zərər Overn-Ron-Alp və Yeni Akvitaniya bölgələrində qeydə alınıb. Obena şəhərində yüzlərlə avtomobilə və evlərə ziyan dəyib, təxminən 100 nəfər təxliyə edilib, azı 5 nəfər yaralanıb.

Bundan başqa, Sent-Etyen şəhərində tornado iki yük maşınının aşmasına səbəb olub, bölgədə nəqliyyatın hərəkəti çətinləşib. Yanğınsöndürənlər əlverişsiz hava şəraiti ilə bağlı 600-dən çox çağırışa müdaxilə ediblər.