Menu

SEPAH ABŞ-nin Küveyt və İordaniyadakı bazalarını vurdu

18.07.2026, 10:19
SEPAH ABŞ-nin Küveyt və İordaniyadakı bazalarını vurdu

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Küveyt və İordaniyada yerləşən ABŞ hərbi obyektlərinə zərbələr endirdiyini açıqlayıb.

"AzPolitika" xəbər verir ki, bu barədə "NourNews" agentliyi SEPAH-ın bəyanatına istinadən məlumat yayıb.

Bildirilib ki, pilotsuz uçuş aparatları Küveytdəki Əl-Udeyri düşərgəsində yerləşən sursat anbarına, Əli əl-Salim aviabazasındakı qərargah binasına və mərmi anbarına, eləcə də bir neçə rabitə qovşağına zərbələr endirib.

SEPAH həmçinin İordaniyadakı ABŞ hərbi obyektlərinin də hücuma məruz qaldığını bildirib. Məlumata görə, PUA-lar İordaniyanın Əl-Əzraq bazasında yerləşən yanacaq çənlərini vurub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol