Xocavənd rayonunda açıq ərazidə yanğın baş verib.

"Report"un Qarabağ bürosunun xəbərinə görə, əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb edilib.

Yanğının baş verdiyi ərazinin minalanmış olması yanğınla mübarizə tədbirlərini çətinləşdirir.

Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam etdirilir.