Rusiya qoşunlarının pilotsuz uçuş aparatları (PUA) və ballistik raketlərin tətbiqi ilə Kiyevə etdiyi gecə hücumlarında bir nəfər ölüb, səkkiz nəfər xəsarət alıb.
"Report" xəbər verir ki, bu barədə Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidmətindən məlumat verilib.
Məlumata əsasən, Ukrayna paytaxtının Solomyansk, Şevçenko, Svyatoşin, Desnyan və Dnepr rayonlarında vurulma halları və yanğınlar qeydə alınıb.
Yaşayış və qeyri-yaşayış sahələri, avtomobillər, həmçinin yataqxana binası zərbələrə məruz qalıb.
Hadisə yerlərində aidiyyəti qurumlar işlərini davam etdirir.

Şərhlər