İranın Atom Enerjisi Təşkilatı (İAET) ABŞ-nin "Darkhovin" Atom Elektrik Stansiyasına (AES) hücumunu pisləyib.

"Report" xəbər verir ki, bu barədə İAET-yə istinadən İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) "Telegram" kanalında məlumat yayıb.

ABŞ beynəlxalq hüquqa zidd olan akt törədib", - məlumatda bildirilib.

Qeyd olunub ki, bazar günü yerli vaxtla səhər saat 3:39 radələrində Amerika qüvvələri inşası davam edən "Darkhovin" AES-ə zərbə endirib.

Dağıntı və dəyən ziyan barədə məlumat açıqlanmayıb.