Rusiya qoşunları Ukraynanın Xarkov şəhəri ətrafındakı mülki infrastruktura hücum edib.

"Report"un məlumatına görə, bu barədə Xarkov Vilayəti Hərbi Administrasiyasının rəhbəri Oleq Sinequbov bildirib.

"Düşmən poçt terminalına raket zərbəsi endirib. Təəssüf ki, hücum nəticəsində 24 yaşlı, 45 yaşlı və 62 yaşlı kişilər həlak olub. Daha 20 nəfər müxtəlif dərəcəli xəsarət alıb. Yaralılardan üçünün vəziyyəti ağırdır. Həkimlər onların həyatını xilas etmək uğrunda mübarizə aparırlar", - o, teleqramda yazıb.

Hadisə yerinə polis, tibb işçiləri və xilasedicilər göndərilib. Hücumun fəsadlarının aradan qaldırılması davam edir.