Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Nyu-Yorka işgüzar səfər çərçivəsində Braziliyanın Şəhərlər naziri Antônio Vladimir Moura Lima ilə görüşüb.

"Report" xəbər verir ki, görüş zamanı Azərbaycan, Braziliya, Misir və BƏƏ-nin birgə təşəbbüsü ilə yaradılmış Bakı Davamlılıq Koalisiyası çərçivəsində əməkdaşlığın genişləndirilməsi və birgə təşəbbüslərin növbəti mərhələsi müzakirə mövzusu olub.

A.Quliyev Braziliyanın WUF13-də geniş təmsil olunmasını, qlobal şəhərsalma dialoquna verdiyi töhfəni və Azərbaycanda keçirilən Milli Şəhərsalma Forumlarında ardıcıl iştirakını yüksək qiymətləndirdiyini bildirib.

Komitə sədri ölkələrimiz arasında səmərəli əməkdaşlığın bundan sonra da genişlənəcəyinə əminliyini ifadə edib.