Menu

Tramp: İranın hələ də raket və dron ehtiyatı var

20.07.2026, 09:22
Tramp: İranın hələ də raket və dron ehtiyatı var

ABŞ-nin həyata keçirdiyi hərbi zərbələrə baxmayaraq, İran hələ də müəyyən sayda raket və pilotsuz uçuş aparatı, eləcə də məhdud silah istehsalı imkanlarına malikdir.

"AzPolitika" xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp bu barədə Vaşinqton yaxınlığındakı jurnalistlərə açıqlamasında deyib.

"Onların bəzi raketləri, dronları və müəyyən istehsal gücü var, amma çox deyil", – deyə ABŞ Prezidenti bildirib.

Tramp, həmçinin ABŞ-nin Hörmüz boğazına nəzarət etdiyini iddia edərək, İranın bölgədə nəzarət imkanlarının olmadığını söyləyib. O, ABŞ-nin İrana qarşı yeni güclü zərbələr endirəcəyini də bəyan edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol