İran kifayət qədər zəngin resurslara malik ölkədir, lakin hazırkı hakimiyyətin siyasəti dövləti böhran vəziyyətinə gətirib çıxarıb.
"AzPolitika" xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio jurnalistlərə açıqlamasında bildirib.
"İranın bu vəziyyətdə olmasının əsas səbəblərindən biri budur: rejim sanksiyaların yumşaldılması və ya neft ixracı vasitəsilə əldə etdiyi hər qəpiyi "Hizbullah"a və HƏMAS-a yatırır", - M. Rubio qeyd edib.
O vurğulayıb ki, İran rəhbərliyi milyardlarla dolları öz ölkəsinin quruculuğuna və rifahına sərf etmək əvəzinə, bu vəsaiti terrorizmin maliyyələşdirilməsinə yönəldir.

Şərhlər