ABŞ və İran arasında qarşılıqlı hücumların davam etməsi və Amerika qüvvələrinin itkilərinin artması fonunda Vaşinqton daha genişmiqyaslı hərbi əməliyyat variantlarını nəzərdən keçirir.
Bu barədə "The Washington Post" nəşri məlumat yayıb.
Nəşrin ABŞ hökumətindəki anonim mənbəyə istinadən verdiyi məlumata görə, Pentaqon Yaxın Şərqdə yerləşdirilən hərbi təyyarələrin sayını artırır. Bununla yanaşı, hava hücumundan müdafiə vasitələri və uzaqmənzilli sursat ehtiyatlarının azalmasının əməliyyatların miqyasını məhdudlaşdıra biləcəyi bildirilir.
Hesabatda qeyd olunur ki, son bir həftə ərzində döyüşlərdə azı üç, ehtimal ki, dörd ABŞ hərbçisi həlak olub.
"AzPolitika.info"

Şərhlər