ABŞ hərbçiləri Hörmüz boğazında 7 kommersiya gəmisinin istiqamətini dəyişib, 1-ni isə sıradan çıxarıb.

Bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.

"ABŞ hərbçiləri İranın dəniz blokadası çərçivəsində "USS Boxer" desant gəmisinin göyərtəsindən Ərəb dənizində gecə-gündüz uçuşları dəstəkləyirlər", - məlumatda bildirilib.

Xatırladaq ki, ABŞ iyulun 15-i gecə saatlarında Hörmüz boğazı bölgəsində İran limanlarının blokadasını bərpa edib. Əvvəlki blokada aprelin 13-dən iyunun 18-dək olan dövrdə qeydə alınıb. İki aylıq müddət ərzində CENTCOM qüvvələri 140-dan çox gəminin istiqamətini dəyişib, 9-nu isə sıradan çıxarıb.