Menu

ABŞ ordusu Şirazı bombalayıb

20.07.2026, 21:11
ABŞ ordusu Şirazı bombalayıb

ABŞ ordusu İranın Fars vilayətinin Şiraz şəhərinə hava hücumu təşkil edib.

"Report" ISNA-ya istinadən xəbər verir ki, aviazərbələr nəticəsində insan itkisi qeydə alınmayıb.

"Dağıntılar və dəyən ziyanın miqyası hesablanır", - məlumatda bildirilib.

Fars vilayətinin digər ərazisinə hücum zamanı İranın təhlükəsizlik qüvvələri ABŞ-yə məxsus raketi məhv edib.

Xatırladaq ki, İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) da ABŞ-nin Yaxın Şərqdəki hərbi bazalarına cavab hücumu həyata keçirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol