Menu

SEPAH-ın HHM sistemi ABŞ-yə aid raketi zərərsizləşdirib

21.07.2026, 00:10
SEPAH-ın HHM sistemi ABŞ-yə aid raketi zərərsizləşdirib

İranın Kirman vilayətinin Rudbar şəhərinin səmasında ABŞ-yə məxsus qanadlı raket vurulub.

Bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) məlumatını IRIB yayıb.

"Amerikanın qanadlı raketi Rudbar üzərində ələ keçirilərək məhv edilib", - məlumatda bildirilib.

Qeyd olunub ki, raket SEPAH-ın hava hücumundan müdafiə sistemi (HHM) tərəfindən zərərsizləşdirilib.

Xatırladaq ki, İranın təhlükəsizlik qüvvələri Fars vilayətində də ABŞ-yə məxsus raketi məhv edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol