İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazı yaxınlığında iki neft tankerinin partladığını açıqlayıb.

"AzPolitika" xəbər verir ki, bu barədə İranın IRNA agentliyi SEPAH-ın bəyanatına istinadən məlumat yayıb.

Bəyanata görə, tankerlər Hörmüz boğazından təhlükəsiz hesab olunmayan marşrutla keçməyə cəhd göstərərkən partlayıblar.

Bildirilir ki, hazırda xilasedicilər hadisə yerində əməliyyat aparır və hər iki gəminin ekipajı təhlükəli zonadan təxliyə edilir.

Tankerlərin hansı ölkəyə məxsus olduğu və partlayışın səbəbləri barədə əlavə məlumat açıqlanmayıb.(Teleqraf)