Bu gün səhər saatlarından etibarən İranın 58 zindanında saxlanılan minlərlə məhbus edam hökmlərinin dayandırılması tələbi ilə yenidən aclıq aksiyasına başlayıb.
Məlumata görə, eyni zamanda Kərəcdəki Qızılhisar həbsxanasının 2-ci bölməsində saxlanılan məhbusların etiraz aksiyası da davam edir. Onlar ölüm hökmünə məhkum edilmiş altı nəfərin təkadamlıq kameralara köçürülməsinə etiraz olaraq ötən həftədən başladılan aclıq aksiyasını səkkizinci gündür davam etdirirlər.
Bildirilir ki, etiraz edən məhbuslar ərzaq payını qəbul etməkdən imtina edib, əllərində "Edama yox!" şüarı yazılmış plakatlar tutaraq, edam hökmlərinin dayandırılmasını tələb edirlər.
"AzPolitika.info"


Şərhlər