Hindistan Ukrayna sahillərində "MV Golden Leo" ticarət gəmisinə hücum nəticəsində 4 hindistanlı dənizçinin həlak olması ilə əlaqədar Rusiyanın Yeni Delhidəki müvəqqəti işlər vəkili Vladimir Ladanovu çağırıb.

"AzPolitika" xəbər verir ki, bu barədə Hindistanın Xarici İşlər Nazirliyindən bildirilib.

Qvineya-Bisau bayrağı altında üzən mülki gəmiyə Rusiyanın hücumu ilə əlaqədar diplomata qəti etiraz bildirilib.

Qurumdan vurğulanıb ki, Yeni Delhi insidentlə bağlı dərin narahatlıq ifadə edir.

Hindistan tərəfinin məlumatına görə, gəmidəki 17 heyət üzvündən 5-i Hindistan vətəndaşı olub. Bu, Rusiya-Ukrayna münaqişəsi zamanı hindistanlı dənizçilərin həlak olduğu ilk haldır.