Türkiyə Rusiyadan aldığı S-400 hava hücumundan müdafiə sistemlərinin üçüncü ölkələrə ixracı üzrə danışıqları davam etdirir.

"AzPolitika" xəbər verir ki, bu barədə Türkiyənin milli müdafiə naziri Yaşar Gülər danışıb.

Nazir bildirib ki, ABŞ ilə hərbi və siyasi sahələrdə müsbət dinamikada davam edən münasibətlər fonunda köhnə problemlərin həlli istiqamətində addımlar atılır:

"Üçüncü ölkələri də maraqlandıran məsələlər üzrə qarşılıqlı anlaşma və əməkdaşlıq çərçivəsində həll yolları axtarılır".

Xatırladaq ki, Türkiyənin Rusiyadan S-400 sistemlərini alması Vaşinqtonla münasibətlərdə gərginliyə səbəb olmuş və Ankaranın F-35 qırıcı proqramından çıxarılması ilə nəticələnmişdi.