Şri-Lankanın Qərb əyalətində təhlükəsizlik dəbilqələri istehsal edən zavodda baş verən yanğın nəticəsində 5 nəfər ölüb.
"AzPolitika" xəbər verir ki, bu barədə "Daily Mirror" nəşri yazıb.
Yanğın Kolombodan 24 km cənub-şərqdə yerləşən Homaqama şəhərindəki sənaye zonasında baş verib.
Yanğının söndürülməsinə 10-a yaxın yanğınsöndürən maşın cəlb edilib, alovu nəzarət altına almaq mümkün olub.


Şərhlər