Menu

SEPAH "Amazon"na zərbə endirdi

21.07.2026, 16:20
SEPAH "Amazon"na zərbə endirdi

İran ABŞ-ın “Amazon” şirkətinin Bəhreyndə yerləşən məlumat infrastrukturuna raket zərbəsi endirib.

"AzPolitika" xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) məlumat yayıb.

Bildirilib ki, hücum “Nəsr-2” əməliyyatının 24-cü dalğası çərçivəsində, ABŞ ordusunun İranın Darxoveyn şəhərində tikilməkdə olan və mülki obyektlərə qarşı hücumuna cavab olaraq həyata keçirilib.

Məlumata görə, hücum nəticəsində “Amazon”un məlumat infrastrukturu məhv edilib.

Qeyd edək ki, ABŞ-ın İrana qarşı hərbi əməliyyatlarından sonra Tehran regiondakı ABŞ hədəflərinə cavab zərbələri endirir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol