Menu

Azərbaycanda mənzil tikintisinə investisiya qoyuluşu azalıb

21.07.2026, 18:21
Azərbaycanda mənzil tikintisinə investisiya qoyuluşu azalıb

2026-cı ilin yanvar-iyun aylarında Azərbaycanda tikinti sektoruna 1 milyard 941,1 milyon manat investisiya yönəldilib.

"AzPolitika" xəbər verir ki, əvvəlki ilin müvafiq dövrünə nisbətən bu istiqamətdə 6.6% artım olub.

Bu məbləğdən mənzil tikintisinə isə 1 milyard 298,4 milyon manat xərclənib. 2025-ci ilin eyni dövrünə nisbətən bu istiqamətdə 2,7% azalma qeydə alınıb.

Qeyd edək ki, hesabat dövründə ölkə üzrə əsas kapitala yönəldilən ümumi investisiyaların 20,9%-i tikinti sahəsinin, 14%-i isə mənzil tikintisinin payına düşüb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol