Naxçıvanda transformatorda partlayış olub, 1 nəfər xəsarət alıb.

"AzPolitika" xəbər verir ki, hadisə Naxçıvan şəhəri, Xətai məhəlləsində baş verib.

Hadisə nəticəsində elektrik, 1963-cü il təvəllüdlü Tofiq Məmmədov yanıq xəsarəti alıb.

Məlumata görə, hadisə elektrik naqillərində qısaqapanma nəticəsində baş verib, anidən avtomatda partlama meydana gəlib.

Faktla bağlı Naxçıvan Şəhər Prokurorluğunda araşdırma aparılır.