Qarabağ kanalının Bərdə rayonu ərazisində batan şəxsin meyiti tapılıb.
"AzPolitika" xəbər verir ki, 1967-ci il təvəllüdlü Binnətov Rəsul İbiş oğlunun meyiti kanalın Ağcabədi rayonu ərazisindən keçən hissəsində müəyyən olunub.
Fövqəladə Hallar Nazirliyinin (FHN) Aran Dalğıc Axtarış qrupunun xilasediciləri meyiti sudan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.


Şərhlər