ABŞ və İran arasında davam edən qarşıdurmanı dayandırmaq üçün diplomatik səylər gücləndirilib.

"AzPolitika" xəbər verir ki, İranın daxili işlər naziri İsgəndər Momeni bu çərçivədə Pakistana səfər edib.

İran mediasının məlumatına görə, qarşıdurmaları sona çatdırmaq üçün pakistanlı vasitəçilərlə danışıqlar davam edir. Lakin hər hansı yeni razılaşmanın əldə oluna biləcəyi hələ də qeyri-müəyyən olaraq qalır.

“Axios” nəşrinin məlumatına görə, ABŞ prezidenti Donald Tramp müharibənin taleyini müəyyənləşdirəcək qərar qarşısındadır. Onun seçimi ya sülh danışıqlarının bərpasına, ya da münaqişənin daha şiddətli mərhələyə keçməsinə səbəb ola bilər.