Nyu-York Ticarət Birjasında (NYMEX) və onun bölməsi olan "Comex"də qiymətli metalların - platin, palladium, qızıl və gümüşün qiymətlərində artım müşahidə olunur.
Bu barədə ticarət platformalarının məlumatlarında qeyd edilib.
Bakı vaxtı ilə saat 13:45-ə olan məlumata görə, NYMEX-də sentyabr ayına çatdırılma ilə palladium füçerslərinin qiyməti bir trua unsiyası üçün 1 279 dollar (+0.85%) təşkil edib. Oktyabr ayında çatdırılma ilə platin füçerslərinin qiyməti isə 1.8% bahalaşaraq bir trua unsiyası üçün 1 632.9 dollara çatıb.
"Comex" birjasında avqust ayına çatdırılma ilə qızılın dəyəri bir trua unsiyası üçün 4 066 dollar (+1.27%) olub. Sentyabr ayına çatdırılma ilə gümüş füçerslərinin qiyməti isə bir trua unsiyası üçün 59.39 dollara (+4.06%) satılıb.

Şərhlər