Menu

Berlin ilə Bakı arasında yeni mərhələ - Almaniya qaz alışını artıracaq

21.07.2026, 18:09
Berlin ilə Bakı arasında yeni mərhələ - Almaniya qaz alışını artıracaq

Azərbaycan və Almaniya arasında iqtisadi-enerji əlaqələri keyfiyyətcə yeni müstəviyə qədəm qoyur. Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban Berlində keçirilən yüksək səviyyəli görüşlərin və imzalanan sənədlərin iqtisadi mahiyyətini şərh edərək, iki ölkə arasındakı strateji tərəfdaşlığın perspektivlərini diqqətə çatdırıb.

Ekspert bildirib ki, Berlində Azərbaycan Prezidenti İlham Əliyev və Almaniya Kansleri Fridrix Merts arasında keçirilən birgə mətbuat konfransında enerji sahəsində genişmiqyaslı əməkdaşlığın vacibliyi xüsusi vurğulanıb. Dövlət başçısı İlham Əliyev Almaniya ilə bu istiqamətdə tərəfdaşlığın çox geniş sahələri əhatə edəcəyini bəyan edib.Kansler Fridrix Merts isə Azərbaycanın artan qaz resurslarına diqqət çəkərək, Almaniyanın cənub regionlarının Azərbaycan qazı ilə təmin edilməsinə böyük ümid bəslədiklərini ifadə edib.İ

lham Şaban xatırladıb ki, Almaniyanın Azərbaycanın qaz bazarındakı iştirakı artıq praktiki mərhələdədir:

-2026-cı ildən etibarən Almaniya hökumətinə bağlı SEFE şirkəti Azərbaycandan 10 illik müqavilə əsasında ilbəil 1,5 milyard kubmetr həcmində təbii qazın idxalına başlayıb;

-Almaniyanın digər nəhəng enerji şirkəti "Uniper" hazırda "Şahdəniz" yatağından İtaliyaya qaz nəql edir. Şirkət yeni müqavilələr çərçivəsində bu həcmləri 1,5 milyard kubmetrə çatdırmaq niyyətində olduğunu açıqlayıb:

-İyulun 21-də Berlində iki ölkə arasında ikitərəfli tərəfdaşlıq üçün strateji gündəliyə dair Birgə Bəyannamə, həmçinin Azərbaycan-Almaniya Biznes Şurasının yaradılmasına və fəaliyyətinə dair sənəd imzalanıb. Prezident İlham Əliyev bir çox istiqamətlər üzrə konkret fəaliyyət planlarının nəzərdə tutulduğunu və imzalanan sənədlərə əsasən bir neçə xüsusi işçi qrupunun yaradılacağını bildirib.

Ekspert iki ölkə arasındakı qarşılıqlı sərmayə qoyuluşları və ticarət göstəricilərini də təhlil edib: "İndiyədək Almaniyadan Azərbaycana 937,5 milyon dollar birbaşa investisiya yönəldilib. Bu vəsaitin 53,4 milyon dolları neft-qaz, 884,1 milyon dolları isə qeyri-neft bölməsinin payına düşür. Azərbaycan isə Almaniya iqtisadiyyatına 667,5 milyon dollar investisiya yatırıb.

2025-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 1 milyard 376 milyon dollar təşkil edib. Cari ilin I yarısında isə bu göstərici 573 milyon dollar olub (Azərbaycandan ixrac 234,77 milyon dollar, Almaniyadan idxal isə 338,11 milyon dollar).

Hazırda Almaniya Azərbaycandan əsasən xam neft və təbii qaz idxal edir və yeni razılaşmalar bu əməkdaşlığın həcmini daha da genişləndirəcək".

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol