Menu

Sabah Qaradağ rayonunun bir sıra ərazilərində qaz kəsiləcək

21.07.2026, 21:20
Sabah Qaradağ rayonunun bir sıra ərazilərində qaz kəsiləcək

Sabah Bakının Qaradağ rayonunun bir sıra ərazilərində qaz kəsiləcək.

"Report"un xəbərinə görə, bu barədə "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.

"Qaz İxrac" İdarəsi tərəfindən aparılacaq təmir-quraşdırma işləri ilə əlaqədar sabah saat 08:00-dan işlər başa çatanadək Qaradağ rayonunun Səngəçal, Umbakı və Əzimkənd qəsəbələrinin, Yol evləri və Bağ evləri yaşayış massivlərinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol