ABŞ-nin 1,5 milyard dollar dəyərində yanacaqdolduran təyyarələri İran ordusunun əlçatanlıq zonasındadır.

Bu barədə "Fars" agentliyi məlumat yayıb.

Xatırladılıb ki, İranın regiondakı ABŞ bazalarına endirdiyi hava zərbələri bu ölkənin hərbi infrastrukturunun İsrailə köçürülməsinə səbəb olub: "Peyk görüntüləri göstərir ki, Amerikanın ən azı 24 yanacaqdolduran təyyarəsi İsrailin Eylat şəhərindəki Ramon aerodromundadır. 12 günlük və 40 günlük müharibələr ərzində İran Eylat regionunu dəfələrlə atəşə tutub".

Qeyd olunub ki, hər bir yanacaqdolduran təyyarəsinin dəyəri 65 milyon dollardır, Ramon aerodromunun isə təkcə bir uçuş-enmə zolağında 1,5 milyard dollar dəyərində avadanlıq var.