Tramp administrasiyası Konqres tərəfindən təsdiqlənmiş 400 milyon dollar məbləğində hərbi yardımı Ukraynaya verməkdən imtina edib

"AzPolitika" xəbər verir ki, bu barədə demokrat-senator Dik Durbin ABŞ Senatının Təxsisat Komitəsində keçirilən dinləmələrdə bildirib. Qərargah Rəisləri Birləşmiş Komitəsinin sədri Keynə müraciət edən Durbin, bu vəsaitlərin növbəti prezidentlik müddətinə qədər əlçatan olmayacağından xəbərdar olub-olmadığını soruşub. Keyn isə bundan xəbərsiz olduğunu bildirib. Durbin təkid edib ki, ödəniş planı vəsaitlərin yalnız 2029-cu maliyyə ilində xərclənməsini nəzərdə tutur və qərarı artıq yeni prezident verəcək.

Durbin xatırladıb ki, Konqres əvvəllər 2026-cı ildə “hava hücumundan müdafiə vasitələri də daxil olmaqla” Ukraynaya əlavə hərbi yardım kimi daha 400 milyon dollar ayrılmasını sanksiyalaşdırıb və Tramp bu qanun layihəsini imzalayıb. Əvvəllər respublikaçı-senator Mitç Makkonnell bəyan etmişdi ki, Pentaqon vaxtilə Konqres tərəfindən bəyənilmiş ümumi məbləği 400 milyon dollar olan hərbi yardım paketinin Ukraynaya verilməsini ləngidir. Makkonnellin sözlərinə görə, hərbi idarə Senatın müvafiq komitələrinin sorğularına da məhəl qoymayıb.

Qanunvericinin sözlərinə görə, bu hərbi yardımın mənimsənilməsi məsələlərinin ləngidilməsinə görə birinci növbədə Pentaqon rəhbərinin siyasi məsələlər üzrə müavini Kolbi məsuliyyət daşıyır.

"AzPolitika.info"