2026-cı il iyulun 1-nə olan məlumata görə, Azərbaycanda işsizlərin sayı 2025-ci il iyulun 1-nə olan göstərici ilə müqayisədə 19.400 nəfər və ya 8,5% artaraq 248.500 nəfər təşkil edib.

"AzPolitika"nın məlumatına görə, bu barədə Dövlət Statistika Komitəsi məlumat verib.

Dövlət Statistika Komitəsinin hesabatında deyilir: "2026-cı il iyulun 1-nə olan məlumata görə, Dövlət Məşğulluq Agentliyinin yerli idarələrində qeydiyyatdan keçmiş işsizlərin sayı 248.500 nəfər təşkil edib ki, onların 52,3%-i qadınlardır (1 iyul 2025-ci il tarixinə 49,2%)".

Bundan əlavə, may ayı ilə müqayisədə iyun ayında işsizlərin sayı 0,4% və ya 0,9 min nəfər artıb. Statistikaya görə, orta aylıq işsizlik sığortası ödənişi 475,8 manat təşkil edib (1 iyul 2025-ci il tarixinə 436 manat).

"AzPolitika.info"